Azərbaycanın valyuta ehtiyatları bu il aprelin 1-nə 52 400,5 milyon ABŞ dolları təşkil edib.
İndex.az xəbər verir ki, bunun 86,4%-i və yaxud 45 264,0 milyon dolları Dövlət Neft Fondunun (ARDNF), 13,6 %-i və yaxud 7 136,5 milyon dolları isə Azərbaycan Mərkəzi Bankının (AMB) payına düşüb.
Bu ilin I rübündə ölkənin valyuta ehtiyatları 300 milyon dollar və yaxud 0,6 % artıb. Belə ki, ARDNF-in valyuta ehtiyatlarında 238,9 milyon dollar və yaxud 0,6 %, AMB-nin valyuta ehtiyatlarında isə 61,1 milyon dollar və yaxud 0,9 % artım olub.
Son 1 ildə isə ölkənin valyuta ehtiyatları 3 283,0 milyon dollar və yaxud 6,7% artıb. İl ərzində ARDNF-nin valyuta ehtiyatları 2 502,7 milyon dollar və yaxud 5,9 %, AMB-nin valyuta ehtiyatları isə 780,3 milyon dollar və yaxud 12,3 % artım nümayiş etdirib.