Gömrük postlarında sıxlıq: 2 minə yaxın yük maşını gözləyir

Hazırda Azərbaycanın gömrük postlarında 1 840 yük maşını gözləyir

İndex.az Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir ki, bunun 240-ı “Astara” gömrük postunda, 130-u “Biləsuvar” gömrük postunda, 1 300-ü “Qırmızı Körpü” gömrük postunda, 90-ı “Mazımqara” gömrük postunda, 67-si “Samur” gömrük postunda və 13-ü “Xanoba” gömrük postunda gözləyir.

Bildirilib ki, ən çox gözləmədə olan nəqliyyat vasitələri “Qırmızı Körpü” gömrük-sərhəd buraxılş məntəqəsində müşahidə edilir.

Məlumatda deyilir ki, Gürcüstan-Azərbaycan sərhəddə sıxlığın yaranmasına səbəb isə Rusiya ilə Gürcüstan arasındakı “Yuxarı Lars” gömrük-keçid məntəqəsində hava şəraiti ilə əlaqədar iritonnajlı və ağırçəkili nəqliyyat vasitələrinin hərəkətinin məhdudlaşdırılmasıdır.