111 Türkiyə şirkəti Qarabağa investisiya yatırmaq üçün müraciət edib

Hazırda 111 Türkiyə şirkəti Qarabağa investisiya yatırmaq üçün müraciət edib

İndex.az xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyinin tabeliyindəki Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyəti sədrinin birinci müavini Natiq Həsənov bildirib.

Onun sözlərinə görə, indiyədək Azərbaycan Türkiyə iqtisadiyyatına 20 milyard ABŞ dollarına qədər investisiya yatırıb: “O cümlədən Azərbaycanın qeyri-neft sektoruna ən çox investisiya yatıran da Türkiyə şirkətləridir. Qarşıdakı hədəflər daha böyük nəticələr əldə etməyə səbəb olacaq”.