İtaliya Çinin “Müasir İpək Yolu” layihəsindən geri çəkildi

Çinin “Müasir İpək Yolu” olaraq xarakterizə edilən “Kəmər və Yol” təşəbbüsünə daxil olan yeganə G7 ölkəsi İtaliya layihədən çıxmaq qərarına gəlib.

İndex.az xəbər verir ki, İtaliyanın 2019-cu ildə daxil olduğu layihədən çıxmaq qərarı Çin rəhbərliyinə rəsmi notada bildirildi.

İlk dəfə “Corriere della Sera” qəzetinin açıqladığı xəbərə görə, 2019-cu ildə imzalanan müqavilənin 2024-cü ilin martında avtomatik olaraq yenilənməsi gözlənilirdi.

Roma administrasiyası müqaviləni yeniləməyərək “sakitcə” ayrılmağın tərəfdarı olsa da, Pekinin rəsmi bildiriş tələb etməsindən sonra geri çəkilmə qərarı dekabrın 3-də çatdırıldı.