Əlicançay su anbarının tikintisi 45 milyon manata başa gələcək

“Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-nin Tikilməkdə Olan Meliorasiya və İrriqasiya Obyektlərinin Birləşmiş Müdiriyyəti “Körpü-Bina-Tikinti” MMC ilə 45 milyon manatlıq müqavilə bağlayıb.

İndex.az xəbər verir ki, müqavilədə Əlicançay su anbarının tikintisi nəzərdə tutulur.

Müqavilənin dəyəri isə 45 189 816,89 AZN təşkil edir.