2023-cü ilin üçüncü rübündə ən çox satılan 10 smartfon açıqlanıb

“Counterpoint Research” tədqiqat şirkəti 2023-cü ilin üçüncü rübündə ən çox satılan smartfonların siyahısını açıqlayıb. Qeyd edək ki, siyahıdakı ilk 10 model ümumi smartfon satışlarının 19%-ni təşkil edir.

İndex.az xəbər verir ki, ən çox satılan smartfonlar arasında birinci yeri “iPhone 14” modeli tutur.

İkinci yerdə “iPhone 14 Pro Max”, ondan sonra isə “iPhone 14 Pro” gəlir. Siyahıdakı köhnə model olan “iPhone 13” inkişaf etməkdə olan ölkələrdə yüksək tələbat sayəsində dördüncü yeri tutub.

İndex.az 2023-cü ilin üçüncü rübündə ən çox satılan 10 smartfonu təqdim edir:

  1. iPhone 14
  2. iPhone 14 Pro Max
  3. iPhone 14 Pro
  4. iPhone 13
  5. Samsung Galaxy A14
  6. Samsung Galaxy A14 5G
  7. Samsung Galaxy A54
  8. Samsung Galaxy A04e
  9. Redmi 12C
  10. Samsung Galaxy A34