Naftalanda keçirilən aksiyada cəmi 4 müraciət ünvanlandı

SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyinin “Səyyar qəbul otağı” Naftalan şəhərində təşkil olunub.

İndex.az “Azəriqaz”a istinadən xəbər verir ki, aksiyada 10-a yaxın vətəndaş iştirak etsə də, mikrofon önünə cəmi 4 nəfər çıxıb.

4 abonentdən isə yalnız 1 nəfər qaz təchizatında üzləşdiyi problemi səsləndirib. O da Namiq Qurbanovun həyətyanı sahəsindən keçən qaz xəttinin yerinin dəyişdirilməsi ilə bağlı ünvanladığı müraciət olub. Digər 3 abonent Birliyin operativ fəaliyyətinə görə ölkə başçısına minnətdarlıqlarını ifadə ediblər.

Gəncə RQİİ-nin rəhbər şəxsləri səsləndirilən problem və təklifləri qeydiyyata alıblar.