ABŞ Senatı İsrail və Ukraynaya yardım haqqında qanun layihəsinə veto qoyub

ABŞ Konqresinin yuxarı palatası olan Senatda keçirilən səsvermədə, İsrail və Ukraynaya təcili təhlükəsizlik yardımı üçün 110 milyard dollar ayıracaq xərc qanun layihəsi Respublikaçılar Partiyasının senatorları tərəfindən veto edilib.

İndex.az xəbər verir k, siəsvermə 49 lehinə, 51 əleyhinə olmaqla rədd edildi və 110,5 milyard dollarlıq qanun layihəsi 100 üzvlü Senatdan keçmək üçün lazım olan 60 səsdən az qaldı.

Bloklama, prezident Co Baydenin 2023-cü ilin sonundan əvvəl müharibədə olan bu iki ölkəyə yeni yardım göstərmək cəhdini hələlik nəticəsiz qoydu.