“Renault” elektrik avtomobillərinin istehsal xərclərini yarıya endirməyi hədəfləyir

Dünyanın ən böyük avtomobil istehsalçılarından biri olan “Renault”, elektrikli avtomobil istehsal xərclərini iki dəfə azaltmağı hədəfləyir.

İndex.az xəbər verir ki, bir çox avtomobil istehsalçıları hazırda bazara təklif etdikləri elektrik avtomobil modellərindən daxili yanma ilə işləyən avtomobillərindən çox pul qazana bilmirlər.

Bunun səbəbi elektrik avtomobil istehsalının hələ də standart avtomobillərdən daha bahalı olmasıdır. Təbii ki, nəhəng adlardan biri olan “Renault” da daxil olmaqla, bir çox şirkət bunu dəyişmək istəyir.

Bu baxımdan, “Renault”, xərcləri yarıya endirməklə yanaşı, nəqliyyat vasitəsinin inkişaf müddətini üç ildən iki ilə endirmək istəyir. Avtomobilin inkişafı prosesinin qısaldılması həm də xərclərin azaldılması deməkdir və bütün bu planlar üçün şirkət böyük istehsal transformasiyasını planlaşdırır.

Bütün bu araşdırmalarla gələcək elektrikli avtomobillərinin qiymətlərini aşağı salmaq və xüsusilə də avtomobil başına qazancını artırmaq istəyən nəhəng istehsalçı üçün bu gün başqa bir xəbər gündəmə sıçrayış etdi. Müvafiq olaraq, uzunmüddətli tərəfdaşlar “Nissan” və “Mitsubishi Renault”nun Avropada yerləşən “Ampere” elektrik avtomobil bölməsinə sərmayə qoymaq planlarını təsdiqlədilər. Burada ümumi 800 milyon avro sərmayədən bəhs edilir və əməkdaşlığın arxasında xüsusilə Avropa bazarı üçün nəzərdə tutulmuş xüsusilə kiçik ölçülü elektromobillərin hazırlanması dayanır.