Qızıl qiymətləri rekord həddə yüksəlib

ABŞ-ın uçot dərəcəsini azaldacağı ilə bağlı gözləntilərin sürətlə artması qızıla müsbət təsir edib.

İndex.az xəbər verir ki, oktyabrın əvvəlindən bu yana qızıl bazarında davam edən qiymət artımı, cümə günü FED sədri Cerom Pouelin verdiyi açıqlamalardan sonra dollar və xəzinə istiqrazlarının faizlərinin azalmasına görə daha da sürətlənib.

Pauell daha sonra bu məsələni əksinə çevirmək üçün çalışdı.

Buna baxmayaraq, mübadilə bazarları hazırda mart ayında təqribən 55% azalmanın olacağını düşünür.