Nazirlik “Meyvəli”ni məhkəməyə verdi

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi “Meyvəli” MMC-yə qarşı məhkəmə iddiası qaldırıb.

İndex.az xəbər verir ki, məhkəmə baxışının bu gün – 12.07.2021-ci il tarixində Bakı Kommersiya Məhkəməsində hakim Aytən Əliyevanın sədrliyi ilə keçiriləcəyi bildirilir.

Məhkəmə iddiasının lizinq müqaviləsi üzrə mübahisələr ilə əlaqəli olduğu bildirilir.

Məlumat üçün bildirək ki, paytaxtın Lökbatan qəzəbəsi ərazisində (Xocahəsın yolu, ev 57) fəlaiyyət göstərən və ölkənin topdan və pərakənə meyvə-tərəvəz satışının həyata keçirildiyi ən böyük bazarlardan biri olan “Meyvəli bazar” “Meyvəli” MMC-yə məxsusdur.

Nizamnamə kapitalı 500 manat olan “Meyvəli” MMC 2008-ci ildə dövlət qeydiyyatına alınıb. MMC-nin qanuni təmsilçisi Qocayev Əbülfət Novruz oğludur.

Qeyd edək ki, Qocayev Əbülfət Novruz oğlu 2016-cı ildə “Ərzaq məhsullarının tədarükü və təchizatı” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri təyin olunub. 2018-ci ildə “Ərzaq məhsullarının tədarükü və təchizatı” ASC ləğv olunub və onun yerində “Aqrar tədarük və təchizat” ASC yaradılıb. 2020-ci ilin mart ayından etibarən “Aqrar tədarük və təchizat” ASC-yə Adil Quliyev rəhbərlik edir.

Yeniavaz.com