Ötən il ölkəmiz xurma satışından 34 milyon dollar qazanıb

2021-ci ilin dekabr ayında Azərbaycan 34,4 milyon ABŞ dolları dəyərində xurma ixrac edib.

İndex.az xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın yanvar sayında bildirilir.

Məlumata görə, bu, 2020-ci ilin eyni ayı ilə müqayisədə 7,7 milyon ABŞ dolları və ya 28,8 % çoxdur.

2021-ci il ərzində isə Azərbaycan 125 milyon ABŞ dolları dəyərində xurma ixrac edib ki, bu da 2020-ci ilin göstəriciləri ilə müqayisədə 34,3 milyon ABŞ dolları və ya 37,4 % çoxdur.