İtaliyanın keçmiş baş naziri Silvio Berluskoninin iyul ayında dünyasını dəyişən sevgilisi Marta Fascinanın qazandığı böyük mirasla yoxa çıxması ölkə siyasətində mübahisə yaradıb.
İndex.az xəbər verir ki, 86 yaşında leykemiya xəstəliyindən vəfat edən “Forza İtalia” partiyasının lideri Berluskoni 100 milyon avro dəyərində mirasını həmin partiyadan deputat olan 33 yaşlı sevgilisi Fascinaya qoyub. İtaliyalı deputat o vaxtdan bəri parlamentin iclaslarına qatılmayıb və demək olar ki, ictimaiyyət qarşısına çıxmayıb.
Berluskoninin ölümündən sonra “Forza Italia”da mühüm rol oynayacağı gözlənilən Fascinanın yoxa çıxması partiyada böhran yaradıb.
Milanda evinə qapanaraq yas tutduğunu deyən və qatılmadığı partiya toplantılarına “Ağrım hələ böyükdür” mesajı göndərən Fascina siyasi tapşırıqlarını yerinə yetirmədiyi üçün partiyasında böyük reaksiyaya səbəb olub. “Forza Italia” rəhbərliyi 4 aydır itkin düşən Fascinanı parlamentdəki kürsüsündən istefa verməyə çağırıb.