“Azəriqaz”ın sahibkarlarla növbəti görüşü Beyləqanda keçiriləcək

“Azəriqaz” İstehsalat Birliyi sahibkarlarla növbəti görüşü Beyləqan rayonunda keçiriləcək.

İndex.az “Azəriqaz”a istinadən xəbər verir ki, İstehsalat Birliyinin KOBİA nümayəndəsinin iştirakı ilə “Açıq mikrofon” aksiyası çərçivəsində sahibkarlarla Beyləqanda görüşü təşkil olunacaq.

Aksiya Heydər Əliyev Mərkəzinin qarşısında baş tutacaq. “Səyyar qəbul otağı” oktyabrın 4-də saat 14:00-dan 15:00-a qədər sahibkarların xidmətində olacaq.

İstənilən təklif və problemlər yerindəcə aydınlaşdırılacaq və müvafiq qərarlar veriləcək.