
İsveçrə prokurorları Özbəkistanın keçmiş lideri İslam Kərimovun qızı Gülnarə Kərimovanı yüz milyonlarla dollar rüşvət pulunu yuyan beynəlxalq cinayət şəbəkəsinə rəhbərlik etməkdə ittiham ediblər.
İndex.az xəbər verir ki, 2005-2013-cü illəri əhatə edən istintaq çərçivəsində Kərimovanın 857 milyon dollarlıq əmlakına həbs qoyulub.
Gülnarə Kərimova 2014-cü ildən mənimsəmə ittihamı ilə Özbəkistanda həbsdədir. Kərimova gəlirli telekommunikasiya müqavilələri müqabilində rüşvət alması ilə bağlı ittihamları rədd edir.