
Almaniyada illik inflyasiya Rusiya-Ukrayna müharibəsi başlayandan sonrakı dövrdə ən aşağı səviyyəyə düşüb.
İndex.az xəbər verir ki, Almaniyada avqust ayında 6,1% olan illik inflyasiya sentyabr ayında 4,5%-ə geriləyib.
Belə ki, müharibədən əvvəl 4,3% olan inflyasiya, enerji qiymətlərindəki artımla 2022-ci ilin avqustunda 8,8%-ə çatmışdı.
Bazarlarda gözlənti sentyabrda inflyasiyanın 4,6%-ə düşəcəyi idi.