Aİ: “BVF və Dünya Bankının kapitalı artırılmalıdır”

Avropa İttifaqı (Aİ) Şurasının sədri Çarlz Mişel yeni qlobal maliyyə sazişinə ehtiyac olduğunu bildirib.

İndex.az xəbər verir ki, Mişelin sözlərinə görə, Beynəlxalq Valyuta Fondu (BVF) və Dünya Bankı kimi qurumların kapitalı artırılmalıdır:

“Yeni “Bretton Woods”a təcili institutlarına ehtiyac var. Bizə yeni qlobal maliyyə sazişi lazımdır. “Bretton Woods” institutlarına bütün nəzarət G7 ölkələrindədir”.

Mişel “Bretton Woods” institutlarının 60 il əvvəl qurulduğunu, bu gün isə dünya çox fərqli bir quruluşa çevrildiyindən bu institutların fəaliyyətinin zəiflədiyini bildirib.

BVF və Dünya Bankının mövcud kapital məbləğlərini nəzərə alaraq imkanlarını maksimum səviyyəyə çatdırmalı olduğunu vurğulayan Mişel, bu qurumların kapital artımını mütləq nəzərə almalı olduqlarını qeyd edib.