AMB uçot dərəcələrini yenidən qaldıra bilər

Avropa Mərkəzi Bankının (AMB) İdarə Heyətinin üzvü Robert Holzmann, baş verə biləcək proseslərə uyğun olaraq uçot dərəcələrinin yenidən artırıla biləcəyini bildirib.

İndex.az xəbər verir ki, Holzmann bildirib ki, maaş bazarlığı və neft qiymətlərinin yüksəlməsi kimi “Avrozona”dakı inflyasiyanın yenidən artmasına zəmin yaradacaq proseslərə qarşı, uçot dərəcələri daha da artırıla bilər.

İnvestorlar inflyasiya 2% həddinə düşənə qədər AMB-nin borclanma xərclərini uzun müddət məhdudlaşdırıcı səviyyədə saxlamasını gözləyirlər.