Fransalı idmançılara hicab qadağasına BMT-dən reaksiya gəldi

Fransanın idman naziri Ameli Oudea-Kastera bazar günü hökumətin idman tədbirlərində dini simvolların nümayişinə qarşı olduğunu bildirib.

İndex.az xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatı Fransanın 2024-cü il Paris Olimpiya Oyunları zamanı müsəlman qadın idmançıların hicab taxmasına qadağa qoymasına reaksiya verib.

BMT-nin İnsan Haqları üzrə Ali Komissarlığının sözçüsü Marta Hurtado Cenevrədə jurnalistlərə bildirib ki, heç kim qadına geyinməli və ya geyinməməli olduğu şeyi məcbur edə bilməz:

“Bir qrupa qarşı ayrı-seçkilik tətbiq edilməsi zərərli nəticələrə səbəb ola bilər. Ona görə də dinlərin və ya inancların ifadəsi ilə bağlı məhdudiyyətlər, məsələn, geyim seçimi yalnız xüsusi hallarda məqbuldur”.