Hindistan kosmik kəşfiyyat vasitəsi ilə əlaqə qura bilmir

Hindistan Ayın cənub qütbündəki missiyasını başa vurduqdan sonra “yuxu” rejiminə keçən “Çandrayaan-3” kosmik kəşfiyyat vasitəsi ilə əlaqənin qurulmasının mümkün olmadığını açıqlayıb.

İndex.az xəbər verir ki, bu barədə Hindistan Kosmik Tədqiqatlar Agentliyi (ISRO) sosial media platformasında məlumat yayıb.

Açıqlamada heç bir siqnal alınmadığı bildirilib və əlaqə yaratmaq üçün səylərin davam edəcəyi ifadəsi işlədilib.

Hindistanın Elm və Texnologiya naziri Jitendra Sinq, sosial media hesabındakı paylaşımında, ISRO komandasının kosmos kəşfiyyat vasitəsi ilə əlaqə yaratmaq üçün səy göstərdiyini qeyd etdi və əlaqə qura bilməmə səbəbinin “soyuq hava” olduğunu söylədi.