Efiopiyalı idmançı 5000 metr məsafəyə qaçışda dünya rekordunu yeniləyib

Dünya çempionu efiopiyalı atlet Qudaf Tseqay qadınlar arasında 5000 metr məsafəyə qaçışda dünya rekordunu yeniləyib.

İndex.az xəbər verir ki, ABŞ-ın Eugene şəhərində keçirilən “Brilyant Liqası”nın son oyununda yarışa çıxan Tseqay qadınlar arasında 5000 metr məsafəyə qaçışda 14.00.21 göstərici ilə qalib gələrək dünya rekordu qırıb.

Bundan əvvəlki rekord 14.05.20 ilə keniyalı idmançı Faith Kipyeqona məxsus idi.