“Fitch Ratings” beynəlxalq reytinq agentliyinin yenilənmiş proqnozlarına əsasən, bu il Azərbaycanda adambaşına düşən ÜDM 4 877 ABŞ dolları (8 290,9 manat) təşkil edəcək. Bu, ötən illə müqayisədə 14,2% çoxdur.
İndex.az agentliyə istinadən xəbər verir ki, bu göstəricinin 2022-ci ildə bir qədərə də artaraq 4 951 dollara (8 416,7 manat) çatacağı proqnozlaşdırılır.
Qeyd edək ki, “Fitch”in ötən proqnozu (ötən ilin noyabr ayında verilib– red.) müvafiq olaraq 4 433 dollar (7 536,1 manat) və 4 773 dollar (8 114,1 manat) təşkil edirdi.
Xatırladaq ki, 2020-ci ildə Azərbaycandaəhalinin hər bir nəfərinə düşən ÜDM7 262,8 manata bərabər olub.
APA-Economics