![Ölkəyə “hibrid” avtomobillərin 96%-i Yaponiyadan gətirilir](https://index.az/wp-content/uploads/2022/04/1621602065_800px-prius_plug-in_hybrid-11-09-04-iaa-by-ralfr-108.jpg)
2021-ci ilin ilk rübündə Azərbaycan xaricdən 1 821 ədəd “hibrid” mühərrikli minik avtomobili idxal edib.
İndex.az xəbər verir ki, bu avtomobillərə görə Azərbaycandan xaricə 10.21 milyon dollar həcmində valyuta axıb.
İdxal edilmiş “hibrid” mühərriklərin 96%-ni Uzaq Şərqdən, Yaponiyadan idxal edilir. İdxal edilmiş minik sayı 1 744 ədəd olmaqla, ümumilikdə 8.64 dollar həcmində dəyəri əhatə edib.
Beləliklə, Azərbaycanın Yaponiyadan idxal etdiyi bu minik avtomobillərinin həcmi 21% artmışdır.
©Banker