Nazir jurnalisti döydü

Ermənistanın yüksək texnologiyalar naziri Akop Arşakyan İrəvan kafelərindən birində jurnalist Paylak Fərhadyanı döyüb.

Bu barədə jurnalist “Facebook” səhifəsində məlumat verib.

Jurnalist xəsarət almış əlinin, sındırılmış noutbukunun və telefonun fotosunu paylaşıb.

İş vaxtı olmasına baxmayaraq, kafedə oturan naziri görən Fərhadyan ona yaxınlaşıb. Jurnalist Arşakyana sual verib: “İş vaxtı niyə kafedə oturmusunuz?”

Sualdan bərk əsəbləşən nazir jurnalistə hücum çəkib.

İnsident iaşə obyektindəki kameralar vasitəsilə görüntülənib. Həmin görüntülər dərhal sosial şəbəkələrdə paylaşılıb. Kadrlardan görünür ki, məmur KİV nümayəndəsini yumruqladıqdan sonra başını bir neçə dəfə kompüterə vurur.

Faktla bağlı artıq istintaq orqanında araşdırma başlanılıb.