Ermənistanın dövlət borcu artıq 9 milyard ABŞ dollarını ötüb. Yerli hökumət cari ilin yanvarından iyulunadək ölkənin dövlət borcunu daha 1 milyard dollar artırıb.
İndex.az xəbər verir ki, bu barədə Ermənistan mətbuatı xəbər verir.
Qeyd edilir ki, avqustun 23-də Beynəlxalq Valyuta Fondunun Ermənistana 175 milyon ABŞ dolları məbləğində kreditin verilməsi haqqında qərarı qüvvəyə minib. İyulun 31-ə olan məlumata əsasən, Ermənistanın dövlət borcu 8,973 milyard dram təşkil edir.
“Borc məbləğinin artmasının səbəbi Ermənistanın 2020-ci il iqtisadi böhranından tam çıxa bilməməsi və iqtisadiyyatı stimullaşdırmaq üçün əlavə tədbirlərə ehtiyacın olmasıdır”, – deyə agentlik qeyd edib.
“Dünyanın bütün ölkələrinin dövlət borcu var․ Problem bunda yox, onun sürətli artım tempində və vəsaitlərdən effektiv istifadədədir. Xüsusi halda, cari ilin 7 ayı ərzində hökumət dövlət borcunu 12,6% artırıb, halbuki 2021-ci ilin yanvar-iyulda Ermənistanda iqtisadi fəallıq 5,2% təşkil edib. Hazırda Ermənistanın hər bir vətəndaşına 3 032 ABŞ dolları məbləğində borc düşür.
Hökumət daha əvvəl elan edib ki, vergi daxilolmaları 52,5 milyard dram və ya 7,5% artıqlaması ilə yerinə yetirilib. Yəni bir tərəfdən əsasən inflyasiyanın hesabına vergi daxilolmaları artıb, digər tərəfdən, hökumət dövlət borcunu sürətlə artırır”, – agentlik qeyd edib.