BFB-da əməliyyatların həcmi 11 milyard manata yaxınlaşdı

Bakı Fond Birjasında 2021-ci ilin 8 ayı ərzində qiymətli kağızlar üzrə keçirilən əməliyyatların ümumi həcmi 10 milyard 690 milyon 684 min 135 manat təşkil edib.

İndex.az xəbər verir ki, Birjadan daxil olmuş məlumata görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə ümumi ticarət həcmində 49%, ilkin bazar üzrə ticarət həcmində 22%, dövlət qiymətli kağızlar bazarı üzrə ticarət həcmində 26%, repo əməliyyatları üzrə isə 324% böyümə qeydə alınıb.

Artımlar əsasən dövlət qiymətli kağızlar bazarı – Mərkəzki Bankın və Maliyyə Nazirliyinin qiymətli kağızlar yerləşdirmələri ilə bağlıdır.

2021-ci ilin avqust ayının son ticarət günü üzrə Bakı Fond Birjasının kapitalizasiyası ilin əvvəlinə nisbətən 11% artaraq 4 milyard 313 milyon 56 min 272 manat təşkil edib.