Bu gün Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib.
İndex.az AMB-yə istinadən xəbər verir ki, hərracda tələb 61,3 mln. ABŞ dolları təşkil edib və tam təmin edilib.
Beləliklə, sentyabrın 7-də keçirilən sonuncu valyuta hərracında tələb əvvəlki hərracla müqayisədə 9,7% azalıb.