![Sabah Sumqayıtda su olmayacaq](https://index.az/wp-content/uploads/2022/04/1622555757_cae76bc7-c26f-3c36-8a12-fbb5c7c9f924_850.jpg)
Sumqayıt şəhərini içməli su ilə təmin edən 1 000 mm diametrli magistral su xəttinin qəzalı hissəsinin dəyişdirilməsi ilə əlaqədar sabah gün ərzində Sumqayıt şəhərinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
Bu barədə İndex.az-a “Azərsu” ASC-dən bildirilib.
Məlumata əsasən, yaranacaq narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.