Goranboyda ​​​​​​​Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru iş otağında qətlə yetirilib

Goranboyda qətl hadisəsi baş verib.

APA-nın qərb bürosunun məlumatına görə, hadisə Dövlət Aqrar İnkişaf Mərkəzinin (DAİM) binasında baş verib. Mərkəzin direktoru, 1958-ci il təvəllüdlü Əhmədov Ziyad Ələs oğlu iş otağında bıçaqlanaraq qətlə yetirilib.

Hadisəni törədən şəxs saxlanılıb. Onun kimliyi dəqiqləşdirilir.