İtaliyada kəndə köçənlərə pul təklif olunur

İtaliyanın cənubundakı Kalabriya regionunundakı kiçik qəsəbələrə köçmək istəyənlərə 28 min avroyadək vəsait təklif edir.

İndex.az “CNN”ə istinadən xəbər verir ki, dəniz kənarında və dağların yaxınlığında füsunkar gözəlliyə malik olan həmin tarixi qəsəbələrə köçənlər sözügedən vəsaiti almaq müqabilində kiçik sahibkarlıqla məşğul olmalıdır.

Qeyd olunub ki, şərtlərə uyğun olaraq həmin işə ya sıfırdan, ya da qəsəbələrdən verilən peşə sahiblərilə bağlı təklifə əsasən başlamaq olar.