Sosial şəbəkələrdə Şəki şəhərində “COVID-19 pasportsuz avtobusa minmək qadağandır” xəbərdalıqları vurulan ictimai nəqliyyat vasitələrinin görüntüləri yayılıb.
İndex.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev “Report”un sorğusuna bildirib ki, ictimai nəqliyyatda COVID-19 pasportu ilə bağlı hansısa qadağa və məhdudiyyət yoxdur, sərnişinlərdən yalnız tibbi maska tələbi var.
“Şəki Şəhər-Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən müvafiq tədbirlərlə tibbi maskadan istifadə etməyən, müəyyən olunan norma və qaydalara əməl etməyən şəxslərin profilaktikası diqqət mərkəzində saxlanılır. Şəki şəhərində fəaliyyət göstərən ictimai nəqliyyatda COVID-19 pasportu olmayan şəxslərlə bağlı heç bir tədbir keçirilməyib”, – E.Hacıyev qeyd edib.