![Cari tədris ilindən təhsil tələbə krediti veriləcək](https://index.az/wp-content/uploads/2022/04/1631015996_cari-tdris-ilindn.jpg)
“Tələbələr bu tədris ilində təhsil tələbə krediti ala biləcəklər”.
Index.az xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev 2021-2022-ci tədris ilinin təşkili ilə bağlı brifinqdə deyib.
O bildirib ki, tələbələrin qeydiyyatı bitdikdən sonra Təhsil Nazirliyi bu prosesə start verəcək.