Sakinlərin evlərinə dəyən ziyanın qarşılığı ödənilmir  – VİDEO

İkinci Qarabağ müharibəsində evlərinə ziyan dəyən vətəndaşlara kompensasiya verilib, həmçinin Beynəlxalq Qızıl Xaç komitəsi tərəfindən hər ailəyə 1000 manat maddi köməklik edilib.

İndex.az İctimai TV-ə istinadən xəbər verir ki, Tərtər rayonunun Seyidimli kəndində yaşayan 23 ailə isə müharibədə evlərinə ziyan dəydiyini, amma kompensasiya ala bilmədiklərini deyiblər.

İcra nümayəndələri isə vətəndaşların evlərinin qənaətbəxş olduğunu iddia edir.
Videoreportajı təqdim edirik: