“Audi” yeddinəfərlik “Q5 e-tron” elektrikli krossoverini təqdim edib.
Banker.az xəbər verir ki, elektromobil “MEB” platforması əsasında qurulub və şirkətin əvvəlki “Q4 e-tron” modelinə bənzəyir.
Krossoverin uzunluğu 4876 mm təşkil edir ki, bu da “Q4 e-tron” ilə müqayisədə 43 mm çoxdur. Çin bazarında avtomobilin premyerası Çinin Quancou şəhərində keçirilib.
Verilən məlumata görə, “Q5 e-tron”un istehsalı “SAIC-Volkswagen” birgə müəssisəsində qurulacaq. 2022-ci ildə satışa çıxarılacaq yeni məhsulun qiymətləri daha sonra açıqlanacaq.
Mənbə – Banker