Böyük Britaniya altı Afrika ölkəsinə uçuşları dayandırır.
Bu barədə Birləşmiş Krallığın səhiyyə naziri Sajid Cavid “Twitter”də yazıb.
Buna səbəb Cənubi Afrika Respublikası, Namibiya, Lesoto Krallığı, Botsvana, Esvatini və Zimbabvedə koronavirusun yeni- B.1.1.529 ştammının tapılmasıdır.
Buna da bax: ABŞ səkkiz ölkə ilə uçuşları dayandıracaq
Onun sözlərinə görə, sözügedən Afrika ölkələri qırmızı siyahıya daxil ediləcək və uçuşlar müvəqqəti olaraq dayandırılacaq.
Cavid bildirib ki, alimlər yeni ştammdan son dərəcə narahatdırlar.
Yeni variantın Delta tipindən daha yoluxucu ola biləcəyini deyən britaniyalı nazır mövcud vaksinlərin də bu varianta qarşı daha az təsirli ola biləcəyini qeyd edib.
Ölkənin Səhiyyə Təhlükəsziliyi agentliyi UKHSA da yeni variantla bağlı açıqlama verərək onu “gördüyümüz ən pis variant” adlandırıb.
Qeyd edək ki, “super variant” olaraq xarakterizə edilən B.1.1.529 ştammında 32 mutasiya var.
Mütəxəssislərin fikrincə, hazırkı vaksinlərin bu varianta qarşı effektiv olub-olmadığı hələlik məlum deyil. Varianta az rastlandığı üçün onun çox da yoluxucu olmayan ştamm olduğu ehtimal edilir.