Mənsum İbrahimovun qızına nazirlikdə yüksək vəzifə verildi

Azərbaycanın Xalq artisti, Milli Konservatoriyanın professoru Mənsum İbrahimovun diplomat qızı Aysel İbrahimliyə Xarici İşlər Nazirliyində yüksək vəzifə verilib.

İndex.az Qaynarinfo-ya istinadən xəbər verir ki, bir müddət əvvəl Azərbaycanın xarici ölkələrin birinin səfirliyində müşavir və 3-cü katib vəzifəsində çalışan Aysel İbrahimli geri çağırılaraq XİN-də idarələrin birinə ikinci katib vəzifəsinə təyinat alıb.

Buna da bax: DİN 50 işçi axtarır – VAKANSİYA

Azərbaycanın Xarici İşlər Naziri Ceyhun Bayramovun müvafiq əmri ilə, bir neçə gün əvvəl diplomatik rütbəsi artırılan Aysel İbrahimli birinci katib vəzifəsinə gətirilib.

Mənsum İbrahimov qızının XİN-də yeni təyinatını sayıtımıza təsdiqləyib.