“Onlayn bilet sifarişinin cari gündə yola düşən reyslərə də şamil edilməsi reallaşdırılıb”.
İndex.az xəbər verir ki, bunu Sfera.az-a açıqlamasında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova deyib. O, artıq çoxsaylı vətəndaş müraciətlərinin nəzərə alındığını vurğulayıb.
“Vətəndaşlar “avtovagzal.az” saytına daxil olmaqla, növbəti 10 günə gediş bileti sifariş edə bilirdilər. Bu dəyişiklikdən sonra onlar cari günə – yəni bu günə də gediş bileti sifariş edə biləcəklər. Gediş bileti sifariş edilərkən, sərnişinin avtovağzala gəlib çatması və digər faktorları nəzərə alaraq, istifadəçiyə seçim üçün növbəti 3 saatdan sonrakı müntəzəm reyslər təqdim edilir”, – deyə qurum rəsmisi əlavə edib.