Bakı zooparkına giriş qiymətləri – RƏSMİ

Bakı Zooloji Parkı bu gün ictimaiyyətə açıq elan edilib.

Oxu.Az-ın xəbərinə görə, bu gün saat 15:00-dan etibarən ictimaiyyət sərbəst şəkildə parkdan istifadə edə biləcək.

Biletlərin qiyməti böyüklər üçün beş, kiçiklər üçün iki manat olacaq. Giriş üç yaşadək uşaqlar, internat uşaqları və şəhid ailələri üçün pulsuz olacaq. Müharibə veteranları, şagird və tələbələr isə endirimli qiymətlərdən istifadə faydalanacaqlar.

Bakı Zooloji Parkının kassaları hər gün saat 10:00-dan 17:30-dək fəaliyyət göstərəcək. Həmçinin onlayn kassalar da əhalinin xidmətində olacaq.