Nissan Yaponiya Aerokosmik Kəşfiyyat Agentliyi (JAXA) ilə birgə hazırlanmış Ay roverinin prototipini təqdim edib.
İndex.az xəbər verir ki, Avtoistehsalçının məlumatına görə, roverdə “Leaf” və “Ariya” elektromobillərində tətbiq olunan mühərrik idarəetmə texnologiyasından istifadə olunub.
Bu texnologiya sayəsində təkərlərin Ayın qumlu, qayalı və nahamar səthində daha rahat hərəkəti təmin edilib.
Bununla yanaşı, roverin təkərləri 4×4 hərəkət sistemilə təchiz olunub.