![Koronavirusa yoluxanların sayı 1000 nəfəri keçdi](https://index.az/wp-content/uploads/2022/04/1633779762_ccbdd1d3-346a-3fd5-8515-9b5961fa980d.jpg)
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1017 yeni yoluxma faktı qeydə alınıb, 1119 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan İndex.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 16 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 491 147 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 471 980 nəfər müalicə olunaraq sağalıb, 6 654 nəfər vəfat edib. 12 513 nəfər aktiv xəstə sayını təşkil edib.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 11 679, bu günə qədər isə ümumilikdə 4 944 352 test icra olunub.