Ötən ay pensiya alanların sayı açıqlandı

Bu ilin sentyabr ayında yaşa görə pensiya alanların ümumi sayı 709 min nəfərdən çox olub.

İndex.az xəbər verir ki, Dövlət Sosial Müdafiə Fondunun İctimaiyyətlə əlaqələr departamentindən verilən məlumata görə, onların 39,7%-ni kişilər, 60,3%-ni isə qadınlar təşkil edib.