Bank kartları ilə bağlı vətəndaşlara – XƏBƏRDARLIQ

Daxili İşlər Nazirliyi (DİN) vətəndasşları sosial media üzərindən kibercinayətkarlıqlarla bağlı diqqətli olmağa çağırıb.

İndex.az xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin şöbə rəisi Elşad Hacıyev bildirib ki, vətədaşlardan bununla bağlı bir sıra qaydalara riayət edilməsi tövsiyə olunur:

– Mobil və şəhər nömrələrindən zəng edən şəxslərə bank-kart məlumatları, yəni kart sahibinin adı, soyadı, kartın son istifadə tarixi, CVV nömrəsi və təsdiq kodunu (“3D secure”) heç kəsə təqdim etməyin.

– Sosial media və elan saytları üzərindən satışa çıxardığınız məhsulları guya almaq məqsədilə özünün ölkədə olmadığını, həmçinin uzaq məsafədə olduğunu əsas gətirərək ödənişi onlayn yolla edəcəyini bildirən şəxslərə bank kartı məlumatlarını təqdim etməyin;

– İşə qəbul olunmağınızı əsas gətirərək guya “sağlamlıq haqqında arayış” üçün əvvəlcədən hansısa məbləğ tələb edən şəxslərə ödəniş etməyin;

– Saxta xarici nömrələrdən, həmçinin virtual nömrələrdən zəng edən şəxslərə bank kartı məlumatlarını təqdim etməyin.