Bakıda “Bazarstore” yandı

Axşam saatlarında Bakının Yasamal rayonu ərazisində yerləşən “Bazarstore” mağazalar şəbəkəsinin filialında güclü yanğın olub.

Hadisə yerinə FHN-in yanğınsöndürənlərinin cəlb olunduğu, yanğın nəticəsində xəsarət alanın olmadığı bildirilir.

İndex.az xəbər verir ki, sözügedən filial Yasamal Yaşayış Komleksinin ərazisində yerləşir.

Fövqəladə Hallar Nazirliyi baş vermiş yanğınla bağlı məlumat yayıb.

“Bakı şəhəri, Yasamal rayonu, Xarici dairəvi yolu 8 ünvanında baş vermiş yanğınla bağlı nazirliyin 112 xidmətinə məlumat daxil olduqdan sonra FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğının baş verdiyi əraziyə cəlb olunub.

İlkin məlumata əsasən, marketə aid ümumi sahəsi 24 m² olan, dəmir konstruksiyalardan ibarət saxlanma yerində karton tullantıları və pəncərə çərçivəsi 8 m² sahədə yanıb. Yüksək temperaturdan kondisioner və generator qarsalanıb.

Yanğınsöndürənlərin çevik müdaxiləsi nəticəsində yanğın qısa müddət ərzində məhdudlaşdırılaraq saat 23:55-də tam söndürülüb. Market yanğından mühafizə olunub”.

©Banker