Sənədsiz evlərin sayı açıqlandı

Ölkədə sənədsiz mənzillərin sayı uzun müddətdir mübahisə və müzakirə mövzusudur. Aydındır ki, hökumət çox dəqiqliklə bu statistikaya sahibdir, amma açıqlamaq istəmir.

İndex.az xəbər verir ki, bunu iqtisadçı-ekspert Rövşən Ağayev bildirib.

Onun sözlərinə görə, lakin əldə olan 2 rəqəm sənədsiz evlərin miqyasını görməyə imkan verir: “Statistika orqanı ölkədə 2,2 mln. mənzilin olduğunu bildirir. “Azərişığ”ın məlumatına görə isə əhali abonentlərn sayı 2,6 mln.-a yaxındır”.

Ekspert deyir ki, doğrudur, ola bilər bir mənzildə 2 sayğac olsun və 2 fəqli abonent yaşasın: “Lakin bu cür hallar çox deyil və yekun rəqəmə çox az təsir göstərə bilər. Bu 2 rəqəmdən çıxış etsək, deməli ölkədə sənədsiz evlərin sayı 400 min ətrafındadır. Rəqəmlər onu da göstərir ki, bu problem əsasən şəhərlərlə bağlıdır. Məsələn, mənzil sayı ilə abonent sayı arasında fərq Bakıda 300 min, Sumqayıt və Abşeronda 67 min, Mingəçevirdə 4 min, Naftalanda 5 min, Gəncədə 2 min təşkil edir”.