Sumqayıtda abadlıq işlərinə yarım milyon manat ayrıldı

Sumqayıt Şəhər İcra Hakimiyyəti tenderin qalibini elan edib.

İndex.az xəbər verir ki, Mehdi Hüseynzadə Sumqayıt şəhər stadionun ətraf hissəsinin abadlaşdırılması və yaşıllıq işlərinin satınalınması (I hissə) tenderində iştirak edən iddiaçıların qiymət təklifləri qiymətləndirib.Açıq tenderin qalibi “CALİFORNİAS 252 C” Məhdud Məsuliyyətli Cəmiyyəti olmuşdur.

Sumqayıt Şəhər İcra Hakimiyyəti qalibə 443 min manat ödəyəcək.