"Veysəloğlu Şirkətlər Qrupu"na işçi axtarılır

Şirkət haqqında: 1994-cü ildə əsası qoyulmuş Veysəloğlu Şirkəti 16.000 nəfərdən artıq əməkdaşla Veysəloğlu Şirkətlər Qrupu olaraq fəaliyyətinə davam edir. 2022-ci ildə ciddi böyümələr planlayan Veysəloğlu Şirkətlər Qrupu öz karyerasını şirkətdə qurmaq istəyən namizədləri işə qəbul müsahibələrində iştirak etməyə dəvət edir.

Vəzifə: Xərclər və Hesablaşmalar üzrə Mühasib
İş yeri: Bakı şəhəri
İş təcrübəsi: Müvafiq sahə üzrə 1-3 il
Yaş: 22-30
Təhsil: Ali təhsil(Maliyyə,mühasibatlıq)

Vəzifə öhdəlikləri:

– Müvafiq mühasibatlıq sənədləri əsasında xərclərin uçotunu aparmaq, faktiki çəkilmiş xərcləri təhlil etmək, sənədlərin düzgünlüyünü yoxlamaq;
– Xərc növləri üzrə mütəmadi hesabatların hazırlanmasını təmin etmək;
– Kreditor müştərilərlə üzləşmələr aparmaq carilərdəki qalıqların yığılmasını təmin etmək, problemlərin mənbəyini araşdıraraq həllini tapmaq;
– Yerli kreditor şirkətlərinin sənədlərinin ödəniş üçün hazırlanmasını təmin etmək;
– Ay sonu məsul olduğu carilərin yekun qalıqlarını çıxarmaq və açıqlamaları ilə birlikdə inventarizasiya aktı tərtib edib rəhbərliyə təqdim etmək;
– Kassa və bankdan çıxan xərcə aid olan hissələrin ödəniş tərəfinin yoxlanılması.

Tələblər:

– Beynəlxalq Maliyyə Hesabatları Standartları (IFRS) biliyi;
– Vergi uçotu sahəsində biliklər;
– MS Office proqramları biliyi;
– Analitik düşünmə bacarığı və statistik göstəricilərlə işləmə qabiliyyəti.

Əmək haqqı: Əmək bazarında rəqabətə davamlıdır.

Təminatlar:

– İş yerinə nəqliyyat vasitəsi ilə çatdırılma;
– Nahar ilə təmin edilmə;
– Endirimli tibb xidməti;
– Əmək müqaviləsi;
– 5 günlük iş qrafiki.

Müraciət qaydaları: CV-nizi [email protected] elektron poçt ünvanına mövzu hissədə vəzifə adını – “Mühasib” yazıb göndərməklə müraciət edə bilərsiniz.