Bu ilin yanvar-may aylarında Bakı şəhərində ticarət dövriyyəsinin həcmi 2020-ci ilin yanvar-may ayları ilə müqayisədə 0,8% artaraq 8 milyard 608,1 milyon manat olub.
İndex.az xəbər verir ki, bu barədə Bakı şəhər Statistika İdarəsindən məlumat verilib.
Bildirilir ki, ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2% artaraq 4 milyard 130,2 milyon manata, qeyri-ərzaq məhsullarının həcmi isə 0,2% azalaraq 4 milyard 477,9 milyon manata bərabər olub.
İstehlak məhsullarının 37,6%-i hüquqi şəxs statuslu müəssisələrdə, 39,5%-i fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 22,9%-i isə paytaxtın məhsul bazarlarında satılıb.