Rusiya Azərbaycana aviareyslərin sayını artıracaq

Dekabrın 1-dən etibarən Rusiyadan Azərbaycana, İtaliyaya, Qırğız Respublikasına, Qazaxıstana və Vyetnama aviareyslərin sayı artırılacaq.

İndex.az xəbər verir ki, bunu Rusiyanın Operativ Qərargahından bildiriblər.

Bundan başqa, bu tarixdən etibarən Rusiya ilə Argentina, Banqladeş, Braziliya, Kosta-Rika və Monqolustan arasında aviaəlaqə bərpa ediləcək.