Ölkədə avtomobil nəqliyyatı ilə yük və sərnişin daşınmaları azalıb

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda nəqliyyat sektorunda daşımaların həcmində xüsusi çəkisi ən böyük olan avtomobil nəqliyyatı ilə 90,2 mln. ton yük və 901 mln. sərnişin daşınıb.

İndex.az xəbər verir ki, Dövlət Statistika Komitəsindən verilən məlumata görə, əvvəlki ilin eyni dövrü ilə müqayisədə yük və sərnişin daşınmaları müvafiq olaraq 1,9% və 4,5% azalıb.

Məlumata görə, sərnişinlərin 91,8%-i avtobus, 8,2%-i isə minik taksilərinin xidmətlərindən istifadə edib.