Azərbaycan Mərkəzi Bank tərəfindən bu gün açıqlanan (05.07.2021) məlumatda qızılın troy unsiyasının (31 qram) qiyməti 3038 manat (1 qram 98 manat) müəyyən olunub.
İndex.az xəbər verir ki, qızılın qiyməti bu ayın əvvəlindən etibarən davamlı olaraq artmaqdadır. Belə ki, Mərkəzi Bankın 30 iyun tarixində açıqladığı məlumatda qızılın troy unsiyasının (31 qram) qiyməti 2 993 manat (1 qram 96 manat) olub. Göründüyü kimi son 5 gündə qızlın qramı 2 manat bahalanıb.
Onu da bildirək ki, Nazirlər Kabineti yanında Operativ Qərargah 2021-ci il iyulun 1-dən bəzi şərtlər nəzərə alınmaqla Azərbaycanda şənlik mərasimlərinin (toy, nişan, ad günləri və s.) keçirilməsinə icazə verib.